Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada işsizlik azalır.
Banco.az xəbər verir ki, “Avropa Statistika Ofisi” (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozona üzrə 2025-ci ilin dekabr ayına dair işsizlik göstəricilərini açıqlayıb.
Məlumatlara görə, Aİ-də noyabr ayında 5,9 faiz olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik səviyyəsi dekabr ayında da eyni göstəricidə qalıb.
Avrozonada isə noyabrda 6,3 faiz olan işsizlik səviyyəsi dekabr ayında 6,2 faiz olaraq qeydə alınıb.
Ötən ilin dekabr ayında işsizlik səviyyəsi Avrozonada 6,3 faiz, Aİ-də isə 5,9 faiz olmuşdu.
Dekabr ayında işsizlik səviyyəsi Finlandiyada 10,2 faiz, İspaniyada 10 faiz, İsveçdə 9 faiz, Fransada 7,7 faiz və Yunanıstanda 7,5 faiz təşkil edib.
Aİ üzrə işsizlərin sayı dekabr ayında 13 milyon 43 min nəfər olaraq hesablanıb. Onlardan 10 milyon 792 mini Avrozona ölkələrinin payına düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!
