Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada İstehlak Qiymətləri İndeksi (İQİ) mart ayında illik bazda 2,2 faizə düşsə də, 2 faizlik hədəfdən yuxarı olub.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozona və Avropa İttifaqının (Aİ) mart ayı üzrə yekun inflyasiya göstəricilərini açıqlayıb.
Məlumatlara əsasən, Avrozonada fevral ayında 2,3% olan illik inflyasiya mart ayında 2,2%-ə enib. İstehlak Qiymətləri İndeksi (İQİ) mart ayında aylıq əsasda 0,6% artıb. Avrozonada baza inflyasiya göstəricisi isə mart ayında illik 2,4%, aylıq isə 1% səviyyəsində qeydə alınıb.
Beləliklə, mart ayında Avrozonada inflyasiya Avropa Mərkəzi Bankının (AMB) hədəfi olan 2% səviyyəsini üstələmişdir.
Avrozonada mart ayında inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, ən yüksək illik inflyasiya 1,56% ilə xidmət sahəsində qeydə alınıb. Xidmət sahəsini 0,57% ilə ərzaq, spirtli içkilər və tütün məhsulları, 0,16% ilə enerji xaric sənaye məhsulları və mənfi 0,1% ilə enerji məhsulları izləmişdir.
Bizi sosial şəbəkələrdən izləyin!!