Avrozonada 2023-cü ilin dekabr ayında işsizlik dəyişməyib | Banco.az

Avrozonada 2023-cü ilin dekabr ayında işsizlik dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada işsizlik ötən ilin sonuncu ayında dəyişməyərək 6,4 faiz təşkil edib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın 2023-cü ilin dekabr ayı üzrə işsizlik göstəricilərini açıqlayıb.

Məlumatlar göstərir ki, Avrozonada işsizlik bu dövrdə dəyişməyərək 6,4 faiz təşkil edib.

Xatırladaq ki, 2022-ci ilin dekabr ayında Avrozonada işsizlik nisbəti 6,7 faiz, Aİ-də isə 6,1 faiz idi.

Ölkələr üzrə nəzər saldıqda isə görürük ki, ötən ilin dekabrında işsizlik İspaniyada 11,7 faiz, Yunanıstanda 9,2, İsveçdə 8,2, İtaliyada 7,2, Fransada 7,3 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram