Avrozona iqtisadiyyatı ötən ilin son rübündə artım göstərməyib | Banco.az

Avrozona iqtisadiyyatı ötən ilin son rübündə artım göstərməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozona iqtisadiyyatı ötən ilin son rübündə əvvəlki rüblə müqayisədə artım göstərməyib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2023-cü ilin son rübü üzrə Avropa İttifaqının (Aİ) və Avrozonanın ÜDM-i ilə bağlı aparıcı məlumatları yeniləyib.

Məlumatlara göstərir ki, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən kənarlaşdırılmış ÜDM 2023-cü ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə dəyişməz qalıb.

Avrozonada ÜDM ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 0,1 faiz artıb.

Beləliklə, açıqlanan son məlumatlar yanvar ayının ilkin məlumatları ilə eynilik təşkil edib.

Aİ-də isə mövsümi təsirlərdən kənarlaşdırılmış ÜDM ötən ilin dördüncü rübündə rüblük 0,1 faiz, illik də 0,3 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram