Avropanın turizm obyektlərində gecələmə rekordu | Banco.az

Avropanın turizm obyektlərində gecələmə rekordu

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ölkələrində turizm obyektlərində gecələmələrin sayı 2024-cü ildə 3 milyardı keçərək rekord qırıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2024-cü ilə aid Avropa İttifaqı (Aİ) üzv ölkələrindəki ümumi turistik gecələmə göstəricilərini açıqlayıb. Verilənlərə əsasən, Aİ-nin turizm sektoru ötən il artım nümayiş etdirib.

Aİ üzrə turistik obyektlərdə qeydə alınan gecələmə sayı 2024-cü ildə əvvəlki illə müqayisədə 2,7 faiz artaraq 3 milyard 22 milyona çatıb. Bu göstərici sektor tarixində ən yüksək səviyyə kimi qeydə alınıb.

Aİ ölkələri arasında İspaniya 2024-cü ildə 505 milyon gecələmə ilə ilk yerdə qərarlaşıb. Onu 466 milyonla İtaliya, 458 milyonla Fransa, 440 milyonla Almaniya, 153 milyonla Yunanıstan və 145 milyonla Niderland izləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram