Müəllif: Tamara Mustafayeva, Banco.az
Niderlandın çip istehsalçısı “ASML” Fransız süni intellekt şirkəti Mistral AI-ya 1,3 milyard avro sərmayə yatırır.
Banco.az xəbər verir ki, bu sərmayə ilə şirkət 11 faiz payla ən böyük səhmdar mövqeyinə yüksəlir.
Süni intellekt modelləri və söhbət botu hazırlayan “Mistral” bu sərmayənin 1,7 milyard avroluq maliyyələşdirmə turunun bir hissəsi olduğunu açıqlayıb. Sözügedən sərmayə “Mistral”in dəyərini 11,7 milyard avroya çatdırır və onu Avropanın ən dəyərli özəl şirkətlərindən biri halına gətirir.
Bu ittifaq, “OpenAI” kimi nəhənglərə qarşı Avropanın yeganə ciddi rəqibi olan Mistral-ə, qitənin ən böyük texnologiya şirkətlərindən birinin dəstəyini təmin edir.
“ASML”in “Mistral”ı satın almağı düşünüb-düşünmədiyi barədə sual veriləndə isə Fouquet belə cavab verib: “Biz hər şeyi özümüz etməyə çalışmırıq.” O həmçinin bildirib ki, ASML potensial tərəfdaş kimi başqa süni intellekt şirkətlərini də nəzərdən keçirir, lakin şirkət adlarını açıqlamayıb.
“ASML”in səhmləri çərşənbə axşamı səhər saatlarında təxminən 0,8 faiz artaraq 682,20 avroya yüksəlib. Səhmlər bu il əsasən sabit qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!