Müəllif:Mehin Qasımova,banco.az
Avropada təbii qazın qiymətləri artmaqda davam edir. Bu səhər Hollandiyanın Avropa üçün TTF standart müqaviləsinin qiyməti 7,4 faiz artaraq 42,30 avro /MVt/saata çatıb.
Banco.az xəbər verir ki, Avropa Birliyində təbii qaz ehtiyatları 24 yanvar tarixinə 0,59% azalaraq 45,59%-ə düşüb.
Almaniyada inventarın doluluq nisbəti 37,49%, Fransada 36,38%, İtaliyada 60,84% və Niderlandda 31,07%-dir.
