Avropada qazın qiyməti 2023-cü ildən bəri ilk dəfə 550 dolları ötüb | Banco.az

Avropada qazın qiyməti 2023-cü ildən bəri ilk dəfə 550 dolları ötüb

Müəllif:Ayşən İmanova/Banco.az

Avropada qazın qiyməti çərşənbə günü birja ticarəti zamanı 1 000 kubmetr üçün 550 dollar səviyyəsini ötüb.

Banco.az xəbər verir ki, bu barədə Londonun ICE birjası məlumat yayıb.

Məlumata görə, təbii qazın qiyməti 15 noyabr 2023-cü il tarixindən bəri ilk dəfə bu səviyyəyə çatıb, günün əvvəlindən 6 %-ə yaxın artım qeydə alınıb.

Qeyd olunur ki, Niderlandın TTF qovşağında fevral fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 552 dollara və 51,24 avro MVt/saata (avro-dolların cari məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün avro ilə təqdim olunur) qalxıb