Avropada kərə yağının qiyməti rekord həddə çatıb | Banco.az

Avropada kərə yağının qiyməti rekord həddə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Kərə yağının qiyməti bütün Avropada rekord həddə çatıb.

Banco.az xarici mediaya istinadən xəbər verir ki, Fransada kərə yağının qiyməti son aylarda 25%, Almaniya və İtaliyada isə 40%-dən çox artıb. 

Belə dinamika bəzi konditerləri məşhur kruasanları hazırlayarkən xərcləri azaltmaq üçün marqarinə keçməyə məcbur edib. Yeganə çıxış yolu bişinti və şirniyyatların satış qiymətlərini artırmaqdır ki, bu da nəticədə son istehlakçının öhdəsinə düşür.

Ən sərfəli kredit üçün müraciət et

Artım digər süd məhsullarında da müşahidə olunur və qiymət artımı artıq zavod səviyyəsində başlayır.

Vəziyyət o qədər ciddidir ki, bəzi ölkələrin hakimiyyət orqanları tədbir görməyə məcbur olub. Məsələn, Polşa hökuməti Milad bayramına qədər qiymətləri sabitləşdirmək üçün strateji ehtiyatlardan min ton kərə yağının satışı üçün tender elan edib.