Avropada günəş enerjisi qurğularının sayı azalır | Banco.az

Avropada günəş enerjisi qurğularının sayı azalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada günəş enerjisi sektorunu təmsil edən Brüsseldə yerləşən “Solar Power Europe” assosiasiyası “Aİ Günəş Enerjisi Bazarı Gələcəyi: 2025-ci il Orta Dövr Təhlili” adlı hesabatını yayımlayıb.

Banco.az xəbər verir ki, hesabata əsasən, bu ilin iyun ayında günəş enerjisi ilk dəfə olaraq Avropa İttifaqının (Aİ) ən böyük elektrik mənbəyinə çevrilib və enerji istehlakının 22,1 faizini təmin edib.

Avropada illərlə davam edən sürətli artımdan sonra, 2024-cü ildə günəş enerjisi bazarının durğun vəziyyətə düşdüyü bildirilən hesabatda bu il bazarın aşağı elektrik qiymətləri və zəifləyən dəstək proqramları səbəbilə daralmasının gözlənildiyinə diqqət çəkilib.

Hesabatda qeyd olunub ki, Aİ-də yeni günəş enerjisi qurğularının sayı 2022-ci ildə 47 faiz, 2023-cü ildə isə 51 faiz artıb, lakin 2024-cü ildə bu artım yalnız 3,3 faiz səviyyəsində qalıb.

Son 10 ildə ilk dəfə olaraq bu il Aİ-də günəş enerjisi qurğularının azalacağı gözlənilir və hesabatda qeyd olunub ki, 2025-ci ildə də yeni qurğuların quraşdırılması 2024-cü ilə nisbətən daha aşağı olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram