Avropada ən çox dövlət borcu olan ölkələrin adları açıqlanıb | Banco.az

Avropada ən çox dövlət borcu olan ölkələrin adları açıqlanıb

Avropada ən çox dövlət borcu olan ölkələrin adları açıqlanıb.

Banco.az xəbər verir ki, bu barədə Eurostat  məlumat yayıb .

Avropa Birliyində ən yüksək dövlət borcu Yunanıstanda qeydə alınıb. Onun borcu  153,6 faizə çatıb. İtaliya 135,3 faiz dövlət borcu ilə ikinci yerdədir. Sonrakı yerləri 113 faizlə Fransa, 104,7 faizlə Belçika tutur. İspaniyada dövlət borcu 101,8 faizə çatıb.

Ən az dövlət borcu olan ölkəyə gəlincə, Estoniya birinci yerdədir (23,6 faiz). Bundan əlavə, Bolqarıstan (24,1 faiz), Lüksemburq (26,3 faiz), Danimarka  (31,1 faiz), İsveç (33,5 faiz) ən az borcu olanlar sırasında qərarlaşıblar.

Ümumilikdə, 2024-cü ilin 4-cü rübünün sonunda avrozonada dövlət borcunun ÜDM-ə nisbəti 87,4 faiz təşkil edib. Avropa İttifaqı üçün bu rəqəm 81 faiz təşkil edib.

Ötən ilin nəticələrinə görə, Rusiyanın dövlət borcu 13,5 faiz və ya təxminən 3,5 trilyon rubl artıb. 2025-ci il yanvarın 1-nə ÜDM-in 14,5 faizinə çatıb.