Avropa Mərkəzi Bankı faiz dərəcəsi qərarını açıqlayaraq artım proqnozunu artırdı | Banco.az

Avropa Mərkəzi Bankı faiz dərəcəsi qərarını açıqlayaraq artım proqnozunu artırdı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) faiz qərarını açıqlayıb.

Banco.az xəbər verir ki, qərara əsasən, əsas faiz dərəcəsi 2,15 faiz, depozit faizi 2 faiz, gecəlik borcvermə faizi isə 2,40 faiz səviyyəsində saxlanılıb. 

Beləliklə, bank ardıcıl dördüncü iclasda da faiz dərəcələrində dəyişiklik etməyib. "Bloomberg"in keçirdiyi sorğuda iştirak edən analitiklər də faizlərin sabit qalacağını proqnozlaşdırırdı.

Bank gələcək faiz trayektoriyası ilə bağlı yönləndirməsini dəyişməyib, məlumatlara əsaslanan hərəkət edəcəyi və qərarları iclaslar üzrə verəcəyi mövqeyini bir daha təkrarlayıb.

ECB iqtisadi artım proqnozlarını yuxarı istiqamətdə yeniləyib. 2025-ci il üzrə artım proqnozu 1,2 faizdən 1,4 faizə, 2026-cı il üzrə proqnoz 1 faizdən 1,2 faizə, 2027-ci il üzrə artım gözləntisi isə 1,3 faizdən 1,4 faizə yüksəldilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram