Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen 2025 və 2026-cı illər üzrə ölkə və bölgədəki suriyalılar üçün 2,5 milyard avro məbləğində öhdəlik götürdüklərini açıqlayıb.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Aİ tərəfindən təşkil olunan Suriya mövzusunda 9-cu Brüssel konfransının açılışında çıxış edib.
"Suriya yeni bir ölkədir. Bu gün Suriya xalqının arzuları və istəkləri artıq təxirə salınmır. Suriya üçün ümid onilliklər ərzində ilk dəfə gerçəyə çevrilə bilər," – deyə fon der Leyen bildirib. O, Əsəd rejiminin devrilməsindən sonra yeni hökumət tərəfindən bir çox ümidverici addımlar atıldığını vurğulayıb.
Fon der Leyen 6 martda Laziqiyədə baş verən hadisələrə toxunaraq, "Suriya hakimiyyətinin günahkarları ədalət qarşısına çıxarmaq, azlıqları qorumaq və əhatəli bir hökumət qurmaq öhdəliyi barışıq üçün həyati əhəmiyyət daşıyır" deyə qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!