Avropa İttifaqı Moldovaya 30 milyon avro ayırıb | Banco.az

Avropa İttifaqı Moldovaya 30 milyon avro ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İttifaqı (Aİ) qazın alınması və Dnestryanı bölgəyə nəqli üçün Moldovaya 30 milyon avro vəsait ayırıb.

Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

“Bu paket çərçivəsində Aİ 2025-ci il fevralın 10-dək Dnestryanı regionunun 350 mindən çox sakininin elektrik və istilik təchizatının bərpasına kömək etmək üçün təbii qazın alınması və bölgəyə nəqlini maliyyələşdirməyə hazırdır. Paket həm də Dnestr çayının sol sahilindən sağ sahilinə elektrik enerjisinin verilməsinə imkan yarada bilər”, - deyə qeyd edilib.

Bundan əlavə, Aİ yaxın həftələrdə Moldovaya böhranın vətəndaşlara sosial təsirini azaltmağa yönəlmiş maliyyə dəstəyi paketi təqdim etməyi öhdəsinə götürür, eyni zamanda ölkədə uzunmüddətli enerji dayanıqlığı və iqtisadi artım üçün zəmin yaradır.

Xatırladaq ki, “Qazprom” şirkəti yanvarın əvvəlində Ukrayna ərazisindən tranzitə qadağa qoyulmasından və rəsmi Kişineunun istehlak edilən yanacağa görə borc problemini həll etməkdən imtina etməsindən sonra Moldovaya qaz nəqlini dayandırıb.

Xatırladaq ki, “Qazprom” şirkəti yanvarın əvvəlindən Moldovaya qaz nəqlini onun Ukrayna ərazisindən tranzitinə qadağa qoyulmasından və Kişinyovun istehlak yanacağa görə borc problemini həll etməkdən imtina etməsindən sonra dayandırmışdı.