Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı ABŞ-ın viza məhdudiyyətlərinə reaksiya verib.
Banco.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ABŞ-nin aralarında Aİ Komissiyasının keçmiş üzvü Thierry Bretonun da olduğu beş avropalıya qarşı tətbiq etdiyi viza məhdudiyyətlərinə reaksiya göstərib.
Sosial media hesabında paylaşdığı açıqlamada Kallas ABŞ-nin avropalı vətəndaşlara və rəsmi şəxslərə yönəlik səyahət məhdudiyyəti qərarının qəbuledilməz olduğunu bildirib və “Bu, suverenliyimizi sorğulamağa yönəlmiş bir cəhddir” deyə qeyd edib.
Kallas vurğulayıb ki, Avropa ifadə azadlığı, ədalətli rəqəmsal qaydalar və öz tənzimləmə sahəsini müəyyən etmək hüququ başda olmaqla, əsas dəyərlərini qorumaqda davam edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
