“Apple” və “Google” milyardlarla dollarlıq hüquqi mübarizədə məğlub oldular | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Apple” və “Google” milyardlarla dollarlıq hüquqi mübarizədə məğlub oldular

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İttifaqının ən yüksək məhkəmə instansiyası olan Avropa Ədalət Məhkəməsi “Apple”ın vergi pozuntularına görə İrlandiyaya 13 milyard avro (14,4 milyard dollar), “Google”un isə antiinhisar qanun pozuntularına görə 2,4 milyard avro (2,7 milyard dollar) cərimə ödəməsi barədə qərar çıxarıb.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, “Apple” öz cihazlarının yeni modellərini təqdim etdikdən bir neçə saat sonra Lüksemburqdakı Avropa Məhkəməsi şirkətin vergi pozuntularına görə İrlandiyaya təxminən 13 milyard avro ödəməli olduğuna dair qərar çıxarıb.

Qərarda Aİ Komissiyasının 2016-cı ildə İrlandiyanın “Apple”a qeyri-qanuni yardım etdiyi və ölkənin bu yardımı geri alması barədə qərarının Avropa Ədalət Məhkəməsi tərəfindən təsdiqləndiyi bildirilib.

Məhkəmə, həmçinin “Google” şirkətinin 2,4 milyard avro məbləğinda cərimə ödəməsi barədə qərar çıxarıb. Məhkəmənin qənaətinə görə, Amerikanın internet nəhəngi özünün alış-veriş müqayisə xidmətindən yararlanaraq, özünə ədalətsiz üstünlüklər təqdim edib və bununla da bazardakı dominant mövqeyindən sui-istifadə edib. 

“Google” və “Apple” nümayəndələri məhkəmənin qərarından məyus olduqlarını bildiriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram