“Apple” bu ayın sonunda dörd yeni cihaz təqdim edəcək | Banco.az

“Apple” bu ayın sonunda dörd yeni cihaz təqdim edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“Apple” bu ayın sonunda yeni “MacBook Pro”, “iMac”, “Mac mini” və “iPad mini”ni təqdim etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, yeni məhsulların satışının başlanması noyabrın 1-nə nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Mənbənin məlumatına görə, oktyabrın sonunda M4 çipli 14 düymlük “MacBook Pro”nun, eləcə də M4 Pro və M4 Max çipli 14 və 16 düymlük “MacBook Pro” versiyalarının təqdim ediləcəyi gözlənilir. Şirkət həmçinin “Apple” M4 və M4 Pro əsasında yenilənmiş dizayna malik “Mac mini”, M4 çipli “iMac” və yığcam “iPad mini” planşetini təqdim edəcək.

Yeni “iPad Mini”nin dizaynı əsasən dəyişməz qalacaq, lakin cihaz yeni çip də daxil olmaqla aparat yeniləmələrini alacaq. Bununla belə, cihazın təfərrüatlı xüsusiyyətləri açıqlanmır.

Ən sərfəli krediti almaq üçün müraciət et