“Apple” 2028-ci ildə ilk qatlanan planşetini təqdim edəcək | Banco.az

“Apple” 2028-ci ildə ilk qatlanan planşetini təqdim edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın “Apple” korporasiyası 2028-ci ildə təqdim edilməsi planlaşdırılan qatlanan planşet üzərində işləyir.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” şirkət mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, yeni cihaz “iPad Pro” ölçüsündə yarıya qatlanan nəhəng “iPad”i xatırladacaq. Cihazın diaqonalı 20 düym olacaq,  dizayn isə “bütöv bir şüşə parçası” təəssüratı yaradacaq. Planşet “iPadOS” və “macOS” elementlərini birləşdirən əməliyyat sistemi ilə işləyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Mənbələrə görə, hazırkı prototipin ekranındakı qat demək olar ki, görünməzdir, lakin tərtibatçılar onu tamamilə aradan qaldırmağa çalışırlar.
“Samsung” uzun müddətdir ki, oxşar problemlə üzləşir. İlk qatlana bilən smartfonun buraxılışından beş il keçsə də, şirkət qatın tam aradan qaldırılmasına nail ola bilməyib.