ANZ 2025-ci ilin sonu üçün qızılın qiymət proqnozunu unsiya başına $3800-ə qaldırdı | Banco.az

ANZ 2025-ci ilin sonu üçün qızılın qiymət proqnozunu unsiya başına $3800-ə qaldırdı

Müəllif  - Fərid İslamov - Banco.az

ANZ Group analitikləri 2025-ci ilin sonuna qədər qızılın qiymətinə dair proqnozu unsiya başına $3800 səviyyəsinə qaldırıblar.

Mütəxəssislər istisna etmirlər ki, 2026-cı ilin ortalarına qədər qiymətli metalın dəyəri unsiya başına $4000 səviyyəsinə qədər yüksələ bilər. Bu artımın əsas səbəbi güclü investisiya tələbi olacaq.

Comex birjasında dekabr fyuçerslərinin kotirovkaları çərşənbə günü 0,2% artaraq unsiya başına $3688,5 olub.

Cari ilin əvvəlindən bəri qızılın qiyməti ABŞ dollarının zəifləməsi, qlobal qeyri-müəyyənliyin artmasıdünyanın mərkəzi banklarının böyük həcmdə qızıl alışı fonunda 33%-dən çox bahalaşıb.

2025–2026-cı illər üzrə qızılın orta qiymət proqnozu (unsiya başına ABŞ dolları ilə):