Anthropic-in dəyəri 183 milyard dollara çatdı | Banco.az

Anthropic-in dəyəri 183 milyard dollara çatdı

Müəllif:Mehin Qasımova,Banco.az

Süni intellekt şirkəti "Anthropic" 13 milyard dollarlıq F Series maliyyələşdirmə raundunu tamamlayaraq, öz dəyərini 183 milyard dollara yüksəldib.

Banco.az xəbər verir ki, şirkətin məlumatına görə, əldə edilən vəsait təhlükəsizlik araşdırmalarının dərinləşdirilməsi və beynəlxalq genişlənməyə dəstək üçün istifadə olunacaq.

Anthropic-in maliyyə direktoru Krişna Rao bildirib:

“Bu maliyyələşdirmə investorların bizim maliyyə göstəricilərimizə olan qeyri-adi inamını və görünməmiş artımımızı dəstəkləmək üçün bizimlə tərəfdaşlıqlarının gücünü nümayiş etdirir.”

Şirkətin bloq yazısında qeyd olunub ki, "Anthropic" hazırda 300 000-dən çox müəssisə müştərisinə xidmət göstərir. İri müştərilərin sayı sürətlə artıb, hər biri orta hesabla 100 000 ABŞ dollarından çox gəlir gətirir və bu göstərici ötən il ərzində təxminən 7 dəfə artım nümayiş etdirib.

"Anthropic" sonuncu dəfə 2025-ci ilin martında keçirilən maliyyələşdirmə raundunda 3,5 milyard dollar vəsait toplayaraq 61,5 milyard dollar dəyərində qiymətləndirilmişdi.