Müəllif - Fərid İslamov - Banco.az
Anglo American De Beers almaz bölməsinin mümkün birjaya çıxarılması (IPO) ilə bağlı banklarla ilkin danışıqlara başlayıb, Bloomberg agentliyi mənbələrə istinadən xəbər verir.
Agentlik qeyd edir ki, bu, şirkətin radikal restrukturizasiyasının son və ən mürəkkəb mərhələsi olacaq. Anglo American De Beers-dən çıxmaq səylərində iki istiqamətli prosesə sadiq qalır - çətinliklərlə üzləşən biznes üçün alıcı tapmağa çalışır, həm də ehtiyat variant kimi IPO-ya hazırlıqlara başlayır.
2024-cü ildə Anglo American investorlarına genişmiqyaslı yenidənqurma çərçivəsində almaz biznesindən çıxacağını vəd etmişdi.
O vaxtdan bəri, şirkət kömür və nikel mədənlərinin satışına dair razılığa gəlib və bu ilin sonunda platin biznesindən də çıxmağı planlaşdırır.
Anglo American-ın nümayəndəsi şərh verməkdən imtina edib.