Amerika şirkətləri Azərbaycanda hotel tikintisi ilə maraqlanır | Banco.az

Amerika şirkətləri Azərbaycanda hotel tikintisi ilə maraqlanır

“Azərbaycan bazarında fəaliyyət göstərməyin əsas üstünlükləri həqiqətən də çoxdur. Onlardan ikisini qeyd edim: ölkənin hazırkı inkişaf mərhələsi və möhtəşəm infrastrukturu. Azərbaycan enerji resurslarından istifadə edərək iqtisadiyyatını şaxələndirib. Bundan əhali də geniş şəkildə faydalanıb. Turizm sektorunda böyük imkanlar var – xizək kurortları, zəngin tarix və Bakının təklif etdiyi imkanlar. Amerika şirkətləri artıq burada bir çox hotelin tikintisi ilə maraqlanır”.

Banco.az xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi AZƏRTAC-ın sualına cavab verərkən bildirib.

O, daha sonra bildirib: “Ölkənin coğrafi mövqeyi, onun qərbdən şərqə uzanan əlaqə nöqtəsi olması böyük üstünlükdür. Azərbaycan həm də enerji sahəsində körpü rolunu oynaya bilər. Çünki Avropanın enerjiyə ehtiyacı var. Eyni zamanda, şimaldan cənuba bağlantılar mövcuddur. Azərbaycanın qonşuluğu və regional əlaqələri davamlı şəkildə genişlənir. Ölkə çoxsaylı bazarlara çıxış imkanı yaradır”.