Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 200 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 586,1 mln. manat təşkil edib.
Bu barədə AMB-yə istinadən xəbər verilir.
Hərracda tələb təklifi 2,9 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 200 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.
Mənbə: Report.az