"Amazon" məlumat mərkəzlərinə 12 milyard dollar investisiya qoyacaq | Banco.az

"Amazon" məlumat mərkəzlərinə 12 milyard dollar investisiya qoyacaq

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın aparıcı elektron ticarət nəhənglərindən biri olan "Amazon" Luiziana ştatında tikməyi planlaşdırdığı yeni məlumat mərkəzi kampuslarına 12 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

Banco.az xəbər verir ki, Amazon-un açıqlamasında şirkətin məlumat mərkəzinə yatırdığı investisiyalar barədə detallar yer alıb.

Bəyanatda Luizianada məlumat mərkəzi kampuslarının inşası üçün 12 milyard dollarlıq investisiyanın planlaşdırıldığı və bu investisiyanın məlumat mərkəzlərində 540 tam ştatlı iş yeri yaratması və əlavə 1710 iş yerinin yaradılmasının gözlənildiyi bildirilir.

"Amazon" həmçinin kampus layihələrinin bir hissəsi olaraq yerli su infrastrukturuna 400 milyon dollara qədər investisiya qoymağı planlaşdırdığı bildirilir.