"Amazon" bu süni intellekt startapına 2,75 milyard dollar investisiya yatırıb | Banco.az

"Amazon" bu süni intellekt startapına 2,75 milyard dollar investisiya yatırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Amazon” süni intellekt startapı “Anthropic E”ə 2,75 milyard dollar investisiya yatırıb.

Banco.az xəbər verir ki, ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un süni intellekt səhəsinə yatırımları davam edir.

Son məlumatlara görə, şirkətin mətn və təhlil hazırlaya bilən süni intellekt alətlərinin aparıcı istehsalçısı olan “Anthropic”ə ümumi investisiya qoyuluşu artıq 4 milyard dollara çatıb.

Müqavilənin bir hissəsi olaraq, “Anthropic” bəzi əməliyyatlarını gücləndirmək üçün “Amazon Web Services” məlumat mərkəzlərindən və firmanın xüsusi hazırlanmış kompüter çiplərindən istifadə etməyə razılıq verib.

San-Fransiskoda yerləşən “Anthropic” şirkəti həmçinin digər yaxın tərəfdaş olan “Alphabet” şirkətinin “Google” çiplərindən istifadə etməyi öhdəsinə götürüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram