"Alphabet" 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Banco.az xəbər verir ki, Google-un ana şirkəti Alphabet-in gəliri bu ilin yanvar-mart dövründə 12 faiz artıb.
Müvafiq olaraq, Alphabet-in ilin ilk rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 12 % artaraq 90,2 milyard dollara çatıb. Şirkət 2024-cü ilin birinci rübündə 80,5 milyard dollar gəlir əldə edib.
Şirkətin xalis mənfəəti birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 46 faiz artaraq 34,5 milyard dollara çatıb. “Alphabet” ötən ilin birinci rübündə 23,7 milyard dollar xalis mənfəət əldə edib.
Şirkətin ötən ilin yanvar-mart dövründə 1,89 dollar olan səhm üzrə qazancı bu ilin eyni dövründə 2,81 dollara yüksəlib.