Almanların 65%-i İsrailə silah satışının dayandırılmasını dəstəkləyir | Banco.az

Almanların 65%-i İsrailə silah satışının dayandırılmasını dəstəkləyir

Almaniyada keçirilən sorğuya görə, əhalinin 65 faizi hökumətin Qəzza zolağında istifadə oluna biləcək İsrailə silah ixracını dayandırmasını dəstəkləyir.

Banco.az xəbər verir ki, ictimai rəy sorğusu şirkəti YouGov Almaniya hökumətinin Qəzza ilə bağlı qərarları ilə bağlı sorğu keçirib.

Sorğuya görə, iştirakçıların 65 faizi Almaniyanın Qəzza zolağında istifadə oluna biləcək silahların İsrailə ixracını dayandırmasını dəstəkləyib, 19 faizi bu qərarı səhv hesab edib, 16 faizi isə məsələ ilə bağlı şərh verməyəcəklərini bildirib.

İştirakçıların 45 faizi Almaniya hökumətinin Avropa İttifaqı (Aİ)-İsrail Assosiasiya Sazişinin dayandırılmasına qarşı çıxma siyasətini düzgün, 32 faizi yanlış hesab edib, 23 faizi isə bu suala münasibət bildirməyib.