Almaniyanın Continental şirkəti 2024-cü ildə xalis mənfəətini artırıb | Banco.az

Almaniyanın Continental şirkəti 2024-cü ildə xalis mənfəətini artırıb

Müəllif - Eldar Kərimov - Banco.az

Almaniyanın avtomobil komponentləri istehsalçısı Continental AG, gəliri 4% azaldaraq, 2024-cü ildə xalis mənfəətini 1% artırıb.

Şirkət 2024-cü il üçün səhm başına 2,5 avro dividend ödəməyi planlaşdırır (əvvəlki il səhm başına 2,2 avro). Ümumilikdə, dividend ödənişlərinə təxminən 500 milyon avro yönəldəcək.

Continental-ın illik xalis mənfəəti əvvəlki il 1,16 milyard avro ilə müqayisədə 1,17 milyard avro təşkil edib.

Düzəliş edilmiş EBIT 7% artaraq 2,69 milyard avroya yüksəlib, bu göstərici üzrə rentabellilik 2023-cü ildəki 6,1%-dən 6,8%-ə yüksəlib. Continental-ın özünün təqdim etdiyi analitiklərin konsensus proqnozu düzəliş edilmiş EBIT-in 2,64 milyard avro olacağını güman edirdi.

Şirkətin illik gəliri əvvəlki il 41,4 milyard avrodan 39,7 milyard avroya düşüb.

Continental-ın proqnozlarına görə, 2025-ci ildə onun gəliri 38-41 milyard avro, düzəliş edilmiş EBIT üzrə rentabellilik isə 6,5-7,5% təşkil edəcək. Şirkət qeyd edir ki, ötən il əməliyyat mühiti, xüsusən də onun üçün əsas olan Avropa bazarında zəif olub. Continental cari ildə bazar şəraitinin yaxşılaşmasını gözləmir, buna görə də xərcləri azaltmaq tədbirləri həyata keçirir.