Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyanın ötən ilin yanvar-noyabr dövründə 65,4 milyard avro ilə ən çox xarici ticarət kəsiri verdiyi ölkə ABŞ olub.
Banco.az xəbər verir ki, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlamasına bir neçə gün qalmış Trampın tənqid etdiyi Almaniyanın ABŞ ilə ticarətindəki ixrac artıqlığı rekord səviyyəyə çatıb.
Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına görə, ABŞ ötən ilin yanvar-noyabr dövründə 65,4 milyard avro ilə Almaniyanın ən çox ticarət kəsiri verdiyi ölkə olaraq qalmağa davam edib.
2024-cü ilin yanvar-noyabr dövründə Almaniyadan ABŞ-a illik 2,3 faiz artımla 149,89 milyard avro dəyərində mal ixrac edilib ki, bu rəqəm Almaniyanın ümumi ixracının 10,4 faizinə bərabər olub. Bu göstərici son 20 ilin ən yüksək səviyyəsi kimi qeydə alınıb.
ABŞ-ın ardıcıl olaraq 10 ildir Almaniyanın ixracının ən mühüm alıcısı olması diqqət çəkib.
2023-cü ildə ABŞ 63,3 milyard avro ilə Almaniyanın ən çox ticarət kəsiri verdiyi ölkə olmuşdu. Həmin il dərman sənayesi kimi bəzi sahələr üçün ABŞ bazarı mühüm rol oynayıb və ötən il Almaniyanın ümumi dərman ixracının 23,2 faizi ABŞ-a həyata keçirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!