Almaniyada inflyasiya yenidən artmağa başlayıb | Banco.az

Almaniyada inflyasiya yenidən artmağa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada açıqlanan ilkin məlumatlara görə, may ayında inflyasiya gözləniləndən bir qədər çox artıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) tərəfindən çərşənbə günü edilən açıqlamaya görə, may ayında istehlak qiymətləri bir il əvvələ nəzərən 2,8 faiz artıb.

Bu, “Bloomberg” nəşrinin sorğusunda iqtisadçıların 2,7 faizlik median proqnozundan yuxarı artım deməkdir.

Xatırladaq ki, aprel ayında illik inflyasiya 2,4 faiz təşkil edirdi.

Artım əsasən 12 ay əvvəl qiymətləri aşağı salan ucuz ictimai nəqliyyat biletlərinin tətbiqi ilə bağlı baza effektlərinə görə baş verib.

Qida və enerji kimi dəyişkən kateqoriyaları istisna edən və iyul ayından bəri zəifləyən baza inflyasiya isə sabit olaraq qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram