Almaniyada inflyasiya səviyyəsi yenidən artıb | Banco.az

Almaniyada inflyasiya səviyyəsi yenidən artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada illik inflyasiya 3,7 faizə çatıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) qiymət artımı ilə bağlı 2023-cü ilin dekabr ayı üzrə ilkin məlumatları açıqlayıb.

Məlumatlar göstərir ki, Avropanın ən böyük iqtisadiyyatında ötən ilin noyabr ayında 3,2 faiz olan illik inflyasiya dekabrda 3,7 faiz hesablanıb. Beləliklə, ölkədə inflyasiyanın 5 ay ardıcıl davam edən geriləmə tempi başa çatıb.

Almaniyada inflyasiya səviyyəsi aylıq əsasda isə 0,1 faiz artıb.

Qeyd edək ki, Destatis 2023-cü ilin dekabrında Almaniyada inflyasiyanın artmasının 2022-ci ilin dekabrında vətəndaşların təbii qaz və digər istilik xərclərinin federal hökumət tərəfindən ödənilməsinin baza effekti olduğunu vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram