Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada fabrik-zavod sifarişləri kəskin şəkildə azalıb.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) tərəfindən yayımlanan fabrik-zavod sifarişlərinə dair yanvar ayı üzrə müvəqqəti məlumatlara əsasən, ölkədə daxildə istehsal olunan məhsullara tələbat yanvar ayında əvvəlki ayla müqayisədə 7% azalıb. Bu azalma son 12 ayın ən kəskin azalması kimi qeydə alınıb.
Zavod sifarişləri ötən ilin eyni ayı ilə müqayisədə isə 2,6% geriləyib.
Bazar proqnozları zavod sifarişlərinin aylıq əsasda 2,8% azalacağı istiqamətində idi. Dekabr 2024 üçün əvvəlcə 6,9% olaraq açıqlanan zavod sifarişləri 5,9% olaraq yenidən nəzərdən keçirilib.
Yanvardakı azalmanın dekabr ayında təyyarə, gəmi, hərbi texnika və qatar kimi iri sifarişlərin təsiri ilə qeydə alınan 5,9%-lik güclü artımdan sonra baş verməsi diqqət çəkir.
Bizi sosial şəbəkələrdən izləyin!!