Almaniya "tarif müharibəsi" ilə bağlı xəbərdarlıq etdi | Banco.az

Almaniya "tarif müharibəsi" ilə bağlı xəbərdarlıq etdi

Almaniya hökuməti ABŞ-ın yeni tariflərindən sonra qlobal ticarətdə “tarif müharibəsi” barədə xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin sözçüsü Korbinian Vaqner  deyib.

O, ABŞ prezidenti Donald Trampın ABŞ-da istehsal olunmayan avtomobillərə tətbiq etdiyi 25 faiz idxal vergisini dəyərləndirib.

Vaqner qeyd edib ki, biz tarif müharibəsinin qarşısını almaq istəyirik.

"ABŞ hökuməti ilə apardığımız müzakirə və danışıqlarda sonda hər iki tərəfin xeyrinə olacaq bir nəticəyə gələ bilərik. Sözügedən tariflərə qarşı mümkün tədbirlərin əhatə dairəsi də çox genişdir",-deyə Vaqner bildirib.

Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit də bildirib ki, Avropa-ABŞ danışıqlarında əsas diqqət ticarət müharibəsinin qarşısını almaq olmalıdır.

"Hazırda biz hələ də ABŞ ilə danışıqlar aparırıq və ümid edirik ki, ticarət müharibəsindən qaça biləcək razılaşma əldə edəcəyik", - Hebestreit bildirib.