Almaniya Azərbaycana birbaşa xarici investisiya qoyuluşunu 3 dəfəyədək artırıb | Banco.az

Almaniya Azərbaycana birbaşa xarici investisiya qoyuluşunu 3 dəfəyədək artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ildə Almaniya Azərbaycan iqtisadiyyatına 75 milyon 297 min ABŞ dolları investisiya yatırıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, bu, 2023-cü illə müqayisədə 48 milyon 779 min ABŞ dollar və ya 2,8 dəfə çoxdur.

2023-cü ildə bu məbləğ 26 milyon 518 min ABŞ dollarına bərabər idi. 

Hesabat dövründə Almaniyanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,1% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram