Alman lüks avtomobil istehsalçısı iflas oldu | Banco.az

Alman lüks avtomobil istehsalçısı iflas oldu

Almaniyanın dəbdəbəli avtomobil istehsalçısı "Isdera" müflis olduğunu elan edib.

Banco.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Az miqdarda bahalı sifarişli avtomobillər istehsal edən şirkət 40 ildən çoxdur fəaliyyət göstərir. 1982-ci ildə Leonberqdə avtomobil dizayn mühəndisi Eberhard Schulz tərəfindən təsis edilmişdir. Onun ofisi hazırda Sent-İnqbertdə (Saarland) yerləşir.

"Isdera" avtomobilləri hərraclarda 1 milyon avrodan çox qiymətə satılıb. 2016-cı ildə Schulz Isdera-nı Çin tərəfdaşları ilə elektrik avtomobili hazırlayan Sinfonia Automotive AG şirkətinə satdı. Ancaq  bu da  şirkətə uğur gətirmədi. İflas ərizəsi aprelin 11-də Saarbrüken rayon məhkəməsinə verilib.