Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropanın təyyarə istehsalçısı “Airbus” Çinə 100-dən çox geniş gövdəli təyyarə satmaq üçün danışıqlar aparır.
Banco.az xəbər verir ki, “Airbus SE” Çinə böyük A330neo təyyarəsinin satışı ilə bağlı danışıqlar aparır.
Qeyd olunub ki, prezident Si Cinpinin ötən ay fransalı həmkarı Emmanuel Makrona səfərindən sonra danışıqlar sürətlənib.
“Bloomberg” nəşrinin yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, Çinin ən böyük aviaşirkətləri təkmilləşdirilmiş A330 modellərindən 100-dən çox satın almağı planlaşdırır. Mənbələr hazırda alqı-satqı şərtlərinin müzakirə olunduğunu və vaxtın qeyri-müəyyən olduğunu bildiriblər.
Qeyd edək ki, sözügedən danışıqlar aviasiya nəhəngləri “Airbus” və “Boeing” arasında Çinin kritik aviasiya bazarında biznes əməliyyatları ilə bağlı getdikcə şiddətlənən rəqabəti vurğulayır.
Bizi sosial şəbəkələrdən izləyin!!