Müəllif: Gülnar Əhmədli, Banco.az
Asiya İnkişaf Bankı (AİB) bu il Azərbaycanda inflyasiyanın 4,2% olacağını proqnoz edir.
Banco.az xəbər verir ki, bu barədə Bankın sentyabr hesabatında qeyd edilib.
Məlumata görə, AİB-in aprel proqnozu da inflyasiyanın 4,2% olacağına dair idi.
Qeyd edək ki, Bank gələn il üçün də Azərbaycanda inflyasiya proqnozunu dəyişməyərək 3,5% olacağını bildirib.
Hesabata görə, 2025-ci ilin birinci yarısında ölkədə inflyasiya sürətlənib. Orta illik inflyasiya 2024-cü ilin birinci yarısında 0,7%-dən bu ilin ilk yarısında 5,9%-ə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!