Aİ sammiti 2025-ci ildə Ukraynaya 30,6 milyard avro ayıracaq | Banco.az

Aİ sammiti 2025-ci ildə Ukraynaya 30,6 milyard avro ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İttifaqı (Aİ) ölkələri birliyin sammitində 2025-ci ildə Ukraynaya 30,6 milyard avro dəyərində büdcə makromaliyyə yardımı göstərəcəyini vəd edib.

Banco.az xəbər verir ki, bu barədə sammitin yekun bəyanatında deyilir.

Sənədə əsasən, bu məbləğin 12,5 milyard avrosu 2027-ci ilə qədər ümumi həcmi 50 milyard avro olacaq Avropa Ukraynaya Dəstək Fondundan ödəniləcək. G7-nin 45 milyard avroluq kredit proqramından daha 18,1 milyard avro ayrılacaq ki, bunun da Rusiya aktivlərinin yenidən investisiya edilməsindən əldə olunacaq gəlirlərin “müsadirə edilməsi” yolu ilə qarşılanacağı gözlənilir.