Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb | Banco.az

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb

Müəllif:Mehin Qasımova,Banco.az

Aİ Ukraynadakı sabitliyi pozan hərəkətlərinə görə Rusiyaya tətbiq edilən iqtisadi tədbirlərin 31 iyul 2026-cı ilə qədər uzadıldığını açıqlayıb.

Banco.az xəbər verir ki, 2022-ci ilin fevral ayında Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Aİ sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirilib.

Aİ sanksiyaları çərçivəsində Rusiya ticarət, maliyyə, enerji (neft və kömür daxil olmaqla), sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və lüks mallar, eləcə də qızıl və brilyantları əhatə edən geniş məhdudiyyətlərlə üzləşir.

Sanksiyalara həmçinin Rusiyadan Aİ-yə dəniz yolu ilə xam neft və müəyyən neft məhsullarının idxalına qadağa, bəzi Rusiya banklarının beynəlxalq SWIFT ödəniş sistemindən kənarlaşdırılması və çoxsaylı yayım təşkilatlarının fəaliyyətinin dayandırılması daxildir .

Aİ indiyə qədər Rusiyaya qarşı müharibə səbəbindən 19 sanksiya paketi tətbiq edib. Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları hər altı aydan bir uzadılır.

Rusiya 18 mart 2014-cü ildə Krım Muxtar Respublikasını və Sevastopol şəhərini qanunsuz olaraq ilhaq edib.

Aİ ilk dəfə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib.