Müəllif: Mehin Qasımova/Banco.az
Avropa İttifaqı (Aİ) sosial media platformasından sonra Meta və TikTok-un Birliyin onlayn qaydalarına uyğunluğu ilə bağlı araşdırmaya başlayıb.
Banco.az xəbər verir ki, verilən açıqlamada, Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində "Meta" və "TikTok" platformalarına rəsmi məlumat sorğusu göndərildiyi bildirilib.
Tələbin HƏMAS-ın İsrailə hücumlarından sonra qeyri-qanuni məzmun və dezinformasiya, xüsusilə terrorizm, şiddət məzmunlu nəşrlər və nifrət ifadələrinin yayılması ilə bağlı iddiaların Komissiyaya çatmasından sonra edildiyi vurğulanıb.
Hər iki şirkətə oktyabrın 25-nə qədər vaxt verildiyi də açıqlanıb.
Qeyd edək ki, avqust ayında qüvvəyə minən qanun əsas rəqəmsal platformalara sərt qaydalar gətirdi.
Aİ qaydaları pozan rəqəmsal platformalara qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər.
Təkrar pozuntular halında, bu rəqəmsal platformaların Aİ-də fəaliyyətinə xitam verilə bilər.
Keçən həftə Aİ X-ə qarşı təhqiqata başladığını elan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!