Tramp Türkiyəyə gəldi | Banco.az

Tramp Türkiyəyə gəldi

Müəllif:Mehin Qasımova,Banco.az

NATO-nun Ankara Zirvə Toplantısından əvvəl Türkiyəyə rəsmi səfər edən ABŞ Prezidenti Donald Trampı aparan təyyarə Ankara Hava Limanına eniş edib.

Banco.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat verib.

17 ildən sonra Türkiyəyə rəsmi səfər edən ilk ABŞ prezidenti olan Tramp hava limanında Prezident Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti tərəfindən qarşılanıb.

Proqram çərçivəsində saat 15:00-da Prezident Kompleksində Dövlət Qarşılama Mərasimi və Mühafizə Bölməsinin Yoxlanılması keçiriləcək. Mərasimdən sonra Prezident Ərdoğan və ABŞ Prezidenti Trampın saat 15:15-də ikitərəfli görüşü gözlənilir.