Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqı (Aİ) qurumları 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) idxalını mərhələli şəkildə dayandırmaq barədə razılığa gəliblər.
Banco.az xəbər verir ki, açıqlamada tədbirin Rusiya enerjisindən asılılığa son qoymaq üçün hazırlanan yol xəritəsi çərçivəsində atıldığı və 2026-cı ilin sonuna qədər Rusiyadan LNG idxalının, 2027-ci ilin payızına qədər isə boru kəməri qazı idxalının mərhələli və qanuni olaraq qadağan ediləcəyi bildirilib.
Bu təşəbbüsün Aİ-nin təchizat təhlükəsizliyini qoruyacağı və Aİ-nin enerji bazarına töhfə verəcəyi vurğulanıb.
AB Komissiyasının sədri Ursula von der Leyen də Brüsseldə keçirilən mətbuat konfransında çıxış edərək, "Bu, Birliyimiz üçün tarixi bir gündür. AB Komissiyasının Rusiyanın qalıq yanacaqlarını mərhələli şəkildə ləğv etmək təklifi ilə bağlı müvəqqəti razılıq əldə olunub. Biz yeni bir səhifə açırıq" dedi.
Von der Leyen, AB-nin Rusiyadan LNG və boru kəməri təbii qaz idxalının 45-dən 13-ə, kömür idxalının 51-dən sıfıra, xam neft idxalının isə 26-dan 2 faizə düşdüyünü bildirib.
Von der Leyen bəyan edib ki, bu son addım Avropanın enerji sahəsində Rusiyadan tam müstəqillik dövrünün başlanğıcı olacaq.
Müqavilə bu mərhələdən sonra Aİ Şurası və AP tərəfindən rəsmən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
