Aİ 150 milyard avroluq müdafiə paketi ilə bağlı razılığa gəlib | Banco.az

Aİ 150 milyard avroluq müdafiə paketi ilə bağlı razılığa gəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) müdafiə sektorunun gücləndirilməsi məqsədi ilə 150 ​​milyard avro kreditin daxil olduğu “SAFE” Avropa Təhlükəsizlik Fəaliyyətini rəsmi olaraq razılaşdırıb.​

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta sosial media hesabında paylaşdığı açıqlamada üzv ölkələrin səfirlərinin əldə etdiyi razılaşmanı “daha güclü bir Avropaya doğru atılmış mühüm addım” kimi qiymətləndirib.

Aİ ölkələri müdafiə sektorunu gücləndirmək məqsədilə 150 milyard avroluq kredit paketini əhatə edən “Avropa Təhlükəsizlik Fəaliyyəti” (SAFE) adlı yeni tənzimləmə üzərində rəsmi şəkildə razılığa gəliblər.

SAFE Avropa Komissiyasının 19 martda təqdim etdiyi və 2030-cu ilə qədər hərbi xərcləri və istehsalı artırmağı, ortaq müdafiə layihələrinə vəsait ayırmağı hədəfləyən “Ağ Kitab” (White Paper) adlı strateji sənədin bir hissəsini təşkil edir.

Razılaşmaya əsasən, Aİ fondlarından faydalana bilmək üçün alınan silah sisteminin dəyərinin ən azı 65 faizi Aİ ölkələri, Avropa İqtisadi Bölgəsinə daxil olan Norveç, Lixtenşteyn, İslandiya və Ukraynadan alınmalıdır.

Qalan 35 faiz isə bu ölkələrdən kənar mənbələrdən təmin edilə bilər. Lakin həmin 65 faizlik hissəyə daxil olmaq üçün xüsusi ikitərəfli təhlükəsizlik və müdafiə sazişi imzalanması tələb olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram