"AGBank"ın "Gəncə və Ağdaş filiallarına müştəri xidmətləri üzrə mütəxəssis" vəzifəsinə olan iş elanını nəzərinizə çatdırırıq:
Tələblər:
• Ali təhsil
• Müştərilərlə iş təcrübəsi arzuolunandır
• Azərbaycan dillərində sərbəst danışma
• İngilis və rus dili arzuolunandır
• Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
• Gülərüz
• Operativ
• Kommunikativ
• Xoş xarici görünüş
Vəzifə öhdəlikləri:
- Müştərilərə kreditlə bağlı ətraflı məlumat verilməsi
- Daxil olan zənglərə peşəkar qaydada cavab vermək və onları düzgün istiqamətdə yönəltmək
- Filiala gələn qonaqları qonaqpərvərlik və nəzakətlə qarşılamaq
- İsmarıcları qəbul etmək, onları yazılı surətdə dərhal daxili elektron poçt vasitəsi ilə ünvanına göndərmək
- Poçt xidmətləri vasitəsi ilə məktubları göndərmək
- Filiala faksla daxil olan sənədləri çeşidləmək və ünvanlanan şəxsə çatdırmaq
- Çıxan və daxil olan poçtu qəbul etmək, qeyd aparmaq və çeşidləmək.
İş şəraiti:
- İş yeri - AGBank-ın Gəncə və Ağdaş ofisi
- Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Mehriban kollektiv və karyera inkişafı imkanları
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş mail ünvanına zaurci@agbank.az (Zaur İzmaylov) göndərin.
Mövzuda – Müştəri xidmətləri üzrə mütəxəssis qeyd etməyiniz xahış olunur.