Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Maliyyə Nazirliyi 3, 10 və 30 il müddətinə 125 milyard dollarlıq istiqraz satacağını açıqlayıb.
Banco.az xəbər verir ki, nazirlik tərəfindən yayımlanan açıqlamada gələn həftə 3 istiqraz hərracının keçiriləcəyi bildirilib.
Açıqlamada qeyd olunub ki, 5 may tarixində 3 il müddətli 58 milyard dollar dəyərində, 6 may tarixində 10 il müddətli 42 milyard dollar dəyərində və 8 may tarixində 30 il müddətli 25 milyard dollar dəyərində istiqrazlar buraxılacaq.
Ümumilikdə 125 milyard dollar həcmində dövlət istiqrazlarının satışının həyata keçiriləcəyi qeyd olunan açıqlamada, bu emissiyanın təxminən 30,8 milyard dollar həcmində yeni likvidlik yaradacağı vurğulanıb.
Həmin açıqlamada həmçinin bildirilib ki, mövcud hərrac həcmlərinin Xəzinədarlığı maliyyə mənzərəsində baş verə biləcək dəyişikliklərlə mübarizə aparmaq baxımından yaxşı mövqedə saxladığına inanılır. Hazırda proqnozlaşdırılan borclanma ehtiyaclarına əsasən, azı qarşıdakı bir neçə rüb ərzində nominal kuponlu və ya dəyişkən faizli istiqraz (FRN) hərrac həcmlərinin mövcud səviyyələrdə saxlanması planlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!