Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ və İran arasında cümə günü İsveçrədəki Burgenstok dağ kurortunda keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq.
Banco.az xəbər verir ki, İsveçrə Xarici İşlər Nazirliyinin məlumat verib.
Bu açıqlama Ağ Ev sözçüsünün gecə saatlarında verdiyi açıqlamadan sonra verilib.
Sözçü bildirib ki, ABŞ vitse-prezidenti Vens cümə günü Tehran və Vaşinqton arasında müharibəyə son qoymaq üçün əldə edilən razılaşmanın həyata keçirilməsi ilə bağlı danışıqlara başlamaq üçün İran rəsmiləri ilə görüşməyi planlaşdırdığı İsveçrəyə səfərini ləğv edib.
