Müəllif: Tamara Mustafayeva, Banco.az
Ağ Evin rəsmi internet saytında yayımlanan açıqlamada belə deyilir:
Banco.az xəbər verir ki, “Bu gün ABŞ və İndoneziya, ikitərəfli iqtisadi münasibətləri gücləndirmək məqsədilə qarşılıqlı ticarət sazişi üzrə danışıqlar üçün bazarlara misli görünməmiş çıxış imkanları yaradacaq bir çərçivə üzərində razılığa gəlib.”
Açıqlamada qarşılıqlı ticarət sazişinin əsas məqamlarına da yer verilib və bildirilib ki, İndoneziya ABŞ-dən idxal edilən sənaye, qida və kənd təsərrüfatı məhsullarının təxminən 99 faizinə tətbiq etdiyi gömrük rüsumlarını ləğv edəcək.
Açıqlamada həmçinin qeyd olunub ki, ABŞ 2 aprel tarixində İndoneziyaya tətbiq ediləcəyi açıqlanan qarşılıqlı tarifləri 19 faizə endirəcək və ABŞ-da təbii olaraq mövcud olmayan və ya yerli istehsalı olmayan bəzi məhsullar üçün bu rüsumların daha da azaldılması nəzərdən keçiriləcək.
Bildirilir ki, ABŞ və İndoneziya sadələşdirilmiş mənşə qaydaları üzrə danışıqlar aparacaq və tarifdənkənar maneələrin aradan qaldırılması istiqamətində əməkdaşlıq edəcəklər.
Açıqlamanın sonunda qeyd olunub ki, iki ölkə İndoneziya bazarında ABŞ-ın qida və kənd təsərrüfatı məhsullarına qarşı mövcud maneələrin aradan qaldırılması və gələcəkdə bu cür maneələrin qarşısının alınması öhdəliyini üzərlərinə götürüblər.
Bizi sosial şəbəkələrdən izləyin!!