Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Maliyyə Naziri Scott Bessent Rusiyaya qarşı sanksiyaları bu gün və ya sabah əhəmiyyətli dərəcədə artıracaqlarını açıqlayacaqlarını deyib.
Banco.az xəbər verir ki, Bessent Ağ Evdə mətbuata açıqlama verib.
“Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə artırılacağını birja bu gün və ya sabah səhər bağlandıqdan sonra elan edəcəyik”, - deyə maliyyə naziri Bessent bildirib.
"Prezident Putin ümid etdiyimiz kimi səmimi və aydın şəkildə masaya gəlmədi.Bizim elan edəcəyimiz sanksiyalar Rusiyaya qarşı indiyədək tətbiq etdiyimiz ən böyük sanksiyalardan biri olacaq", - Bessent bildirib.
Bu barədə Tramp-Putin görüşünün ləğvindən sonra bildirilib. Katib sanksiyaların mahiyyəti barədə ətraflı məlumat verməyib.