Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ iyul ayından etibarən Meksika pomidorlarına 21 faiz rüsum tətbiq edəcək.
Banco.az xəbər verir ki, ABŞ Meksikadan idxal olunan pomidorların ədalətsiz qiymətləndirmə ilə satıldığını əsas gətirərək bu məhsulların böyük əksəriyyətinə 20 faizdən artıq gömrük rüsumu tətbiq etməyə başlayacaq.
Ticarət Nazirliyinin verdiyi açıqlamaya görə, mövcud ticarət sazişi Amerika istehsalçılarını yetərincə qoruya bilmədiyi üçün 14 iyul tarixindən etibarən Meksikadan gələn pomidor tədarükünün böyük hissəsinə 20,91 faiz səviyyəsində anti-dempinq vergisi tətbiq olunacaq.
Meksika pomidor, təzə meyvə və tərəvəz kimi məhsullarla ABŞ-ın ən böyük kənd təsərrüfatı məhsulu təchizatçısıdır. Son illərdə ABŞ-a, kənd təsərrüfatı sahəsində qlobal güc olmasına baxmayaraq, idxal olunan qida məhsullarının artması diqqət çəkir. Kənd Təsərrüfatı Nazirliyinə görə, avokado, qəhvə və şəkər kimi məhsulların idxalındakı artım ABŞ-ın kənd təsərrüfatı ticarət kəsirini bu il 49 milyard dollarlıq rekord səviyyəyə çatdıracaq.
Anti-dempinq vergiləri idxal olunan məhsulların ABŞ bazarına “ədalətsiz və aşağı qiymətlə” təqdim edildiyi müəyyən olunarsa tətbiq edilən xüsusi vergilərdir. Bu baxımdan, Tramp dövründəki ticarət müharibəsi çərçivəsində tətbiq edilən ümumi tariflərdən fərqlənir.
Bizi sosial şəbəkələrdən izləyin!!