Müəllif: Tamara Mustafayeva, Banco.az
Miçiqan Universiteti amerikalı istehlakçıların meyllərinə əsaslanaraq hazırladığı istehlakçı inam indeksinin iyul ayına dair ilkin göstəricilərini açıqlayıb.
Banco.az xəbər verir ki, buna görə, istehlakçı inam indeksi iyul ayında əvvəlki ayla müqayisədə 1,1 bənd artaraq 61,8-ə yüksəlib.
Bazar gözləntilərini üstələyən istehlakçı inam indeksinin bu dövrdə 61,4 olması proqnozlaşdırılırdı. İndeks iyun ayında 60,7 səviyyəsində idi.
Amerikalıların hazırkı maliyyə vəziyyətinə dair qiymətləndirməsini ölçən mövcud iqtisadi şərait indeksi iyul ayında aylıq əsasda 2 bənd artaraq 66,8-ə yüksəlib.
İstehlakçıların uzunmüddətli gözləntilərini əks etdirən istehlakçı proqnozları indeksi də eyni dövrdə 0,5 bənd artaraq 58,6-ya çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!